Bank Of Baku

Bakıda avtomobil Türkiyə vətəndaşını vuraraq öldürüb - FOTO - YENİLƏNİB

Bakıda avtomobil Türkiyə vətəndaşını vuraraq öldürüb - FOTO  - YENİLƏNİB
# 27 oktyabr 2023 09:13 (UTC +04:00)

Bakıda ötən gün yol qəzasında ölən şəxsin Türkiyə vətəndaşı olduğu məlum olub.


APA xəbər verir ki, ötən gün Səbail rayonu, Salyan şosesində 1997-ci il təvəllüdlü Məhəmməd Tağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Türkiyə vətəndaşı, 1980-ci il təvəllüdlü Sabit Bildimi vuraraq öldürüb.


Faktla bağlı cinayət işi başlanılıb.

***

05:04

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Salyan şossesində baş verib.

Belə ki, "Mercedes" markalı avtomobil yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçən 35-40 yaşlı kişini vurub.

Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Dərhal hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisəni törədən sürücü saxlanılıb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR