Bank Of Baku

Bakıda gəlinini güllələyən 88 yaşlı şəxs xəstəxanada ölüb

Bakıda gəlinini güllələyən 88 yaşlı şəxs xəstəxanada ölüb
# 20 oktyabr 2023 14:42 (UTC +04:00)

Ötən gün gəlinini güllələdikdən sonra intihara cəhd edən 88 yaşlı şəxs xəstəxanada ölüb.

KTM-in mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd APA-ya açıqlamasında bildirib ki, Yaşar Dadaşov dərman zəhərlənməsi diaqnozu ilə Toksikologiya şöbəsinə gətirilib:

"Mərkəzə daxil olarkən koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, oktyabrın 19-da saat 9 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1964-cü il təvəllüdlü Dadaşova Gülnarə Mikayıl qızının ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, cinayət əməlini törətməkdə G.Dadaşovanın qayınatası, 1935-ci il təvəllüdlü Dadaşov Yaşar Məmməd oğlu şübhəli bilinib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR