Bank Of Baku

Bakıda maşın yük avtomobilinə çırpılıb, xəsarət alan var - FOTO

Bakıda maşın yük avtomobilinə çırpılıb, xəsarət alan var - FOTO
# 22 dekabr 2023 05:46 (UTC +04:00)

Bakının Nərimanov rayonunda minik avtomobili ilə yük maşını toqquşub.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin 20 yanvar dairəsinə gedən istiqamətində qeydə alınıb.

Yüksək surətlə hərəkətdə olan “Toyota” markalı minik avtomobili qarşıda gedən “KamAz” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib. 1 nəfər yüngül xəsarət alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Nəqliyyat vasitələri yoldan kənarlaşdırılıb.

Hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR