Bakıda qəza törədən avtomobil işıq dirəyini aşırıb, xəsarət alan var - FOTO

Bakıda qəza törədən avtomobil işıq dirəyini aşırıb, xəsarət alan var - FOTO
# 12 dekabr 2023 01:50 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Badamdar şossesində qeydə alınıb.

Belə ki, “Honda” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Sükana nəzarəti itirən “Honda” markalı minik avtomobilinin sürücüsü maşını yolayrıcındakı işıq dirəyinə çırpıb.

Zərbənin təsirindən işıq dirəyi yerindən qopub, yol infrastrukturuna ziyan dəyib.

Hadisədə bir nəfər xəsarət alıb.

Avtomobillərin yoldan götürülməsi təmin edilib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR