Bank Of Baku

Bakıda restoranda yanğın olub - VİDEO

Bakıda restoranda yanğın olub - VİDEO
# 27 noyabr 2023 14:55 (UTC +04:00)

Bakı şəhərinin Yasamal rayonunda restoranda yanğın olub.

FHN-dən APA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri çağırış üzrə cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 240 m² olan obyektin mətbəxində və havalandırma qurğusunda baş verən yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 ədəd kiçik mətbəx avadanlığı və havalandırma qurğusunda yağ qalıqları yanıb.

Restoran və mənzillər yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR