Bank Of Baku

Bakıda şirkətin 15 min manatlıq optik internet kabeli oğurlanıb

Bakıda şirkətin 15 min manatlıq optik internet kabeli oğurlanıb
# 27 noyabr 2023 10:36 (UTC +04:00)

Bakıda şirkətdən oğurluq edilib.

DİN-dən APA-ya verilən məlumata görə, Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus 15000 manat dəyərində optik internet kabeli və 2 ədəd barabanın oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ordubad rayon sakini R.Vəliquliyev və Bakı şəhər sakini V.Şərifov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR