Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə edilib
# 11 dekabr 2023 11:51 (UTC +04:00)

Bakıda mənzildə yanğın olub.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin yataq otağında 1 ədəd masa və geyim əşyaları qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR