Bank Of Baku

Bakıda yol qəzası zamanı avtomobil aşıb, xəsarət alan var - FOTO

Bakıda yol qəzası zamanı avtomobil aşıb, xəsarət alan var - FOTO
# 30 oktyabr 2023 03:23 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanovla Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin sürücüsü Abbasqulu Ağa Bakıxanov küçəsi ilə hərəkətdə olarkən yolayrıcında “Volkswagen”ə çırpılıb.

Zərbənin təsirindən “Volkswagen” aşıb və sürücüsü xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR