Bakıda yük avtomobili qadını vuraraq öldürüb

Bakıda yük avtomobili qadını vuraraq öldürüb
# 18 aprel 2024 09:46 (UTC +04:00)

Bakıda yük avtomobili qadını vuraraq öldürüb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi “Howo” markalı avtomobillə yolun kənarı ilə gedən 35-40 yaşlı qadını vurub. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR