Bank Of Baku

Balakəndə avtomobil məktəbdən evə gedən azyaşlını vuraraq öldürüb

Balakəndə avtomobil məktəbdən evə gedən azyaşlını vuraraq öldürüb
# 05 aprel 2024 14:12 (UTC +04:00)

Aprelin 5-də saat 13 radələrində Balakən rayonunun Şərif kəndində Şamil Horcolov idarə etdiyi “QAZ-24” markalı avtomobil ilə piyada, 2016-cı il təvəllüdlü S.Abdullayevanı vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, azyaşlı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Araşdırma aparılır.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ikinci sinif şagirdi olan Sevinc Elbrus qızı Abdullayeva dərsdən çıxıb evə gedən zaman baş verib.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR