Bank Of Baku

Balakəndə iki avtomobil toqquşub, xəsarət alanlar var

Balakəndə iki avtomobil toqquşub, xəsarət alanlar var
# 16 dekabr 2023 09:45 (UTC +04:00)

Balakən-Qabaqçöl avtomobil yolunun Talalar kəndi ərazisindən keçən hissəsində Qaysa kənd sakini Ramazan Çopsiyevin idarə etdiyi “VAZ-2107” və Ramazan Qalayçiyevin idarə etdiyi “Daewo” markalı avtomobillər toqquşub.

APA-nın yerli bürosu xəbər verir ki, yol-nəqiyyat hadisəsi nəticəsində hər iki sürücü, eləcə də “VAZ-2107”-nin sərnişini, 1996-cı il təvəllüdlü Seymur Qarakişiyev və “Daewo” markalı avtomobildə olan sərnişinlər – 1953-cü il təvəllüdlü Məmmədrəsul Çovxayev, 1976-cı il təvəllüdlü Bahar Cindarova xəsarət alıblar. R.Qalayçiyev və M.Çovxayevin xəstəxanada stasionar qaydada müalicələri davam etdirilir, digər şəxslərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR