Balakəndə yol qəzasında həlak olanların, yaralıların adları məlum olub - YENİLƏNİB-1 - FOTO

Balakəndə yol qəzasında həlak olanların, yaralıların adları məlum olub - YENİLƏNİB-1  - FOTO
# 29 noyabr 2023 21:51 (UTC +04:00)

Balakəndə minik avtomobillərinin toqquşması zamanı xəsarət alan şəxslərin adları məlum olub.

APA xəbər verir ki, onların müalicəsi Balakən Rayon Mərkəzi Xəstəxanasında davam edir.

Həmin şəxslərin adı aşağıdakı kimidir:

İlkin Məhəmməd oğlu Hetayev (1986);

Hafiz Rövşən oğlu İsmayılov (1999);

Nizaməddin Teyubhacı oğlu İsmayılov (1956);

Gülarə Dadaş qızı İsmayılova (1960);

Gülarə Piriyeva (Təvəllüdü məlum deyil).

***

Saat 19:24

Balakəndə minik avtomobillərinin toqquşması zamanı ölən şəxslərin adları məlum olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Şambul kənd inzibati ərazisində baş verən qəzada 1974 təvəllüdlü Şərif kənd sakini Elayev Şaban Cuma oğlu, 1997 təvəllüdlü Hənifə kənd sakini İsmayılova Günay Rövşən qızıdır.

Xatırladaq ki, Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub. Qəzada sürücülərlə birlikdə daha 5 nəfər də yaralanıb.

19:04

Balakəndə minik avtomobilləri toqquşub, iki nəfər ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Şambul kənd inzibati ərazisində baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, noyabrın 29-u saat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər avtomobildə biri olmaqla iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR