Bank Of Baku

Baş prokuror 14 yaşlı azərbaycanlı qızın öldürülməsinə münasibət bildirib

Baş prokuror 14 yaşlı azərbaycanlı qızın öldürülməsinə münasibət bildirib
# 24 oktyabr 2023 11:33 (UTC +04:00)

Gürcüstanda qətlə yetirilən 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın işi ilə əlaqədar saxlanılanların sayının artacağı istisna edilmir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş prokuroru İrakli Şotadze jurnalistlərə açıqlamasında bildirib.

“Belə bir cinayət hadisəsinin baş verməsi ölkəmiz üçün böyük faciədir. Qətlə yetirilənin anası və dayısı da daxil olmaqla azadlıqdan qanunsuz məhrumetmədə və digər qanunsuz əməllərdə iştirak edən hər kəsə qarşı ittiham irəli sürülüb və onlar həbsdədirlər. Bizim münasibətimiz çox sərt olacaq. Mən oxşar vəziyyətlə üzləşən hər kəsə demək istəyirəm ki, baş prokurorluq onların yanındadır. Biz mümkün qədər tez reaksiya verəcəyik və bütün cinayətkarlar qanun çərçivəsində tam şəkildə cəzalandırılacaqlar. Bu iş üzrə müttəhimlərin sayının artacağını istisna etmirəm”, - Baş prokuror bildirib.

Xatırladaq ki, cinayət hadisəsi bu il oktyabrın 5-də axşam saatlarında baş verib. Məlumata görə, üç ay əvvəl 14 yaşlı Aytac Şahmarovanı “evlənmək” məqsədilə qaçıran 27 yaşlı “həyat yoldaşı” Alim Sadiqov onu odlu silahdan üç dəfə atəş açaraq qətlə yetirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR