Azərbaycan kimi sürətli inkişaf yolu keçən başqa ölkə yoxdur.
APA xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Prezident İlham Əliyevin siyasi hakimiyyətə gəlişinin 20-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə deyib.
"Ordu quruculuğu asan məsələ deyil. Bu, ölkənin suverenliyinin qorunmasına xidmət edir. Vətən Müharibəsi dövründə Azərbaycan Ordusunun qazandığı uğur, ölkənin ərazi bütövlüyünün bərpası çox mühüm məsələ idi. Ölkədə təhlükəsizliyin təmin edilməsi, ərazi bütövlüyünün qorunması, stabillik və qanunun aliliyinin təmin edilməsi olmasa, nailiyyətlər əldə edilə bilməz. Qarabağda əməliyyat elə bir zamanda həyata keçirildi ki, heç bir xarici dövlət, beynəlxalq təşkilat irad, tənqidi fikir bildirə bilmədilər. Bəzi ermənipərəst dövlətlər, təşkilatlar hər zaman olub, olacaq. Onlar Azərbaycanın gördüyü işlərə kölgə salmağa çalışırlar, lakin heç vaxt buna nail ola bilməyəcəklər" - Baş prokuror qeyd edib.