Biləsuvarda atasının motosikletini idarə edən yeniyetmə qəza törədib

Biləsuvarda atasının motosikletini idarə edən yeniyetmə qəza törədib
# 12 aprel 2024 20:38 (UTC +04:00)

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Xırmandalı kəndinin ərazisində qeydə alınıb.

Kənd sakini 2008-ci il təvəllüdlü A. N. Rafət oğlu, atasına məxsus motosikleti sürərkən idarəetməni itirib.

Nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəzada yeniyetmə xəsarət alıb və təcili Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR