Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar şəhərində qeydə alınıb.
Biləsuvar rayon Amankənd kənd sakini, 1959-cu il təvəllüdlü Babaxan Ərəstun oğlu Əliyev evlərdən birində təmir işi görərkən ölüb.
Ev sahibinin sözlərinə görə, B.Əliyevin ölümünə səbəb hündürlükdən yıxılması olub.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.