Bank Of Baku

Biləsuvarda yol kənarında "Kalaşnikov" aşkarlanıb

Biləsuvarda yol kənarında "Kalaşnikov" aşkarlanıb
# 22 dekabr 2023 18:39 (UTC +04:00)

Ələt-Astara yolunun kənarından "Kalaşnikov" avtomatı aşkarlanıb.

Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində silah tapılması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən 9 ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR