Bank Of Baku

Biləsuvarda yol qəzasında biri azyaşlı olmaqla 2 nəfər xəsarət alıb

Biləsuvarda yol qəzasında biri azyaşlı olmaqla 2 nəfər xəsarət alıb
# 27 noyabr 2023 18:23 (UTC +04:00)

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qəza hadisəsi rayonun Əsgərabad kəndində qeydə alınıb. "Jiquli" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə iki nəfər, minik avtomobilinin sürücüsü, 1989-cu il təvəllüdlü Mirsəid Cəfərov və sərnişini, 2017-ci il təvəllüdlü Yusif Mustafayev xəsarət alıb. Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR