Bank Of Baku

Binədə 2 qumbara aşkarlanıb

Binədə 2 qumbara aşkarlanıb
# 21 dekabr 2023 11:59 (UTC +04:00)

Binə qəsəbəsində odlu silah və 2 ədəd tüstülü əl qumbarası aşkar edilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsi N.Abbasov küçəsində yerləşən yarımtikiliyə baxış keçirilib. Baxış zamanı oradan 1 ədəd “Toz 8” markalı ov tüfəngi və 2 ədəd "G-303 CSS” markalı tüstülü əl qumbarası aşkar edilib. Qeyd edilən silah və qumbaralar təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR