Bank Of Baku

Cəlilabadda 11 yaşlı uşağı maşın vurub

Cəlilabadda 11 yaşlı uşağı maşın vurub
# 05 aprel 2024 23:41 (UTC +04:00)

Cəlilabadda minik avtomobili piyadanı vurub.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Novruzallı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik maşını 2013-cü il təvəllüdlü A.Ağayevi vurub.

Ağır xəsarət alan yeniyetmə təcili tibbi yardım vasitəsi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər ona qapalı kəllə-beyin travması diaqnozu qoyub.

Hazırda onun müalicəsi reansimasiya şöbəsində davam etdirilir, vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı müvafiq qrumların araşdırması aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR