Bank Of Baku

Cəlilabaddakı qətlin təfərrüatları məlum olub - YENİLƏNİB

Cəlilabaddakı qətlin təfərrüatları məlum olub - YENİLƏNİB
# 25 oktyabr 2023 08:00 (UTC +04:00)

Cəlilabadda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

APA xəbər verir ki, qətlə yetirilən 1977-ci il təvəllüdlüdlü Mirxəqani Əhmədov 6 ildir məhkumluq həyatı yaşayır və yenicə azadlığa çıxıb.

Əldə etdiyimiz məlumata görə, qətlin səbəbi qisasdır.

Belə ki, M.Əhmədov vaxtıilə rayon sakinini döyərək onun sağlamlığına ciddi zərbələr vurub.

Onu qətlə yetirən döyülən şəxsin oğlu olub.

Araşdırma davam etdirilir.

***

24.10.2023

Saat 21:07

Cəlilabadda qətl törədilib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Mirxəqani Mirnizami oğlu Əhmədov ürək nahiyəsindən bıçaq zərbəsi alıb.

O, ətrafdakıların köməkliyi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Faktla bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR