Güclü külək Cənub rayonlarında bir sıra problemlərə yol açıb.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, son bir neçə saat ərzində hava şəraiti sakinlər arasında təşvişə səbəb olub.
Bununla bağlı Cəlilabad təcili tibbi yardım stansiyasına 10, Biləsuvara isə 6 çağırış daxil olub.
Bu da əvvəlki günlə müqayisədə təxminən 2 dəfə çoxdur.
Əksər ərazilərdə elektrik enerjisinin verilişi dayanıb.
Digər fəsadların olub-olmaması araşdırılır.
Hazırda bölgədə küləkli hava şəraiti davam edir.