Bank Of Baku

Daşkəsəndə 33 yaşlı kişi bıçaqlanıb

Daşkəsəndə 33 yaşlı kişi bıçaqlanıb
# 09 may 2026 00:06 (UTC +04:00)

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü R.Cəfərov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ məlum deyil. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR