Bank Of Baku

DİN: Gəncədə məktəbliyə qadının narkotik maddə vurması ilə bağlı iddialar əsassızdır

DİN: Gəncədə məktəbliyə qadının narkotik maddə vurması ilə bağlı iddialar əsassızdır
# 28 oktyabr 2023 19:05 (UTC +04:00)

Bəzi sosial şəbəkə səhifələrində Gəncə şəhərində bir məktəbliyə naməlum qadın tərəfindən narkotik maddə vurulması ilə bağlı yayılan iddialarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun APA-ya verdiyi məlumata görə, həmin məktəbli və valideyni müəyyən edilib. Araşdırmalarla müəyyən edilib ki, həmin səs yazısındakı iddialar tam əsassızdır. Məktəbli valideyn nəzarətində sorğulara cavabında bildirib ki, o məktəbdən geri qayıdarkən bir nəfər yaşlı qadının ona yaxınlaşdığını görüb qorxub.

Bununla yanaşı, müvafiq ekspertiza təyin olunub və ekspertiza rəyinə əsasən də onda hər hansı narkotik vasitə qalıqları aşkarlanmayıb.

Qeyd olunanları nəzərə alaraq iddiaları təkzib edirik.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR