Dönərxanada qaz sızmasından partlayış olub, 2 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO

Dönərxanada qaz sızmasından partlayış olub, 2 nəfər xəsarət alıb - YENİLƏNİB  - FOTO
# 07 dekabr 2023 14:22 (UTC +04:00)

Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən dönərxanada yanğınla müşayiət olunan partlayış baş verib və yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

APA FHN-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar olaraq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan araşdırmalar zamanı, partlayışın ilkin ehtimala görə dönərxananın yaxınlığından keçən yeraltı qaz kəmərindən obyektə qaz sızması nəticəsində baş verdiyi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 7-də saat 09:36 radələrində Ağcabədi rayonunda baş vermiş partlayış zamanı xəsarət alan 1991-ci il və 1999-cu il təvəllüdlü 2 nəfər ( kişi cinsli) təcili tibbi yardım vasitəsilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlara üz nahiyyəsinin, gövdənin və yuxarı aşağı ətrafın II-III dərəcəli termiki yanığı və üz nahiyyəsinin, sol və sağ əlin I-II dərəcəli termiki yanığı diaqnozu qoyulub. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

***

11.24

Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR