Elşad Hacıyev: Zəlzələdən sonra oğurluq faktı qeydə alınmayıb

Elşad Hacıyev: Zəlzələdən sonra oğurluq faktı qeydə alınmayıb
# 07 dekabr 2023 12:32 (UTC +04:00)

Zəlzələdən sonra polis gücləndirilmiş iş rejiminə keçib. Bu dəqiqələrə qədər DİN-ə dağıntılarla bağlı məlumat daxil olmayıb.

APA xəbər verir ki, bunu dekabrın 7-də Xəzər dənizində baş vermiş zəlzələ ilə dair brifinqdə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.

O bildirib ki, əhalinin sıx toplaşdığı ərazilər, təhsil ocaqları zəlzələ baş verdiyi andan polis əməkdaşları tərəfindən nəzarətə götürülüb.

"Bütün zəruri addımlar atılıb. Vətəndaşları belə hallarda təmkinli olmağa çağırırıq", - o qeyd edib.

Oğurluq hallarının olub-olmaması ilə bağlı sualı cavablandıran Elşad Hacıyev deyib ki, belə bir fakt qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR