Fatmayı qəsəbəsində oğurluq olub.
APA DİN-ə istinadən xəbər verir ki, Fatmayı qəsəbəsində evlərin birindən 8000 manat pul və 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən İlkin Həşimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.