Bank Of Baku

FHN: Bakı-Quba-Rusiya yolundakı yanğında açıq alov müşahidə olunmur - VİDEO

FHN: Bakı-Quba-Rusiya yolundakı yanğında açıq alov müşahidə olunmur - VİDEO
# 27 noyabr 2023 10:58 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakı-Quba-Rusiya yolundakı yanğın barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrliyində yerləşən məişət tullantıları poliqonunda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda havanın güclü küləkli olmasına baxmayaraq yanğınsöndürənlər tərəfindən tüstülənmə ocaqlarının söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir. Açıq alov mənbələri müşahidə olunmur.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR