Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində ümumi sahəsi 400 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və həyətyanı ərazidə dayanan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.
APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Saat 23:18
Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Əlavə məlumat veriləcək.
***
Saat 22:29
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
APA xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
Saat 21:47
Şəmkirdə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alnıb.
Kənd sakininə məxsus 400 kvadratmetr olan fərdi yaşayış evində anidən yanğın olub.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
İlkin məlumata görə, yanğın zaman bir "Mercedes"markalı minik maşını da yanıb.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.