Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə hallarının, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınmasının təmin edilməsi məqsədi ilə tədbir keçirilib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Kürdmahmudlu kəndi ərazisində yerin təkindən qeyri-qanuni istifadə halı müəyyən edilib. Qayda pozuntusu ilə əlaqədar bir nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.