Bank Of Baku

Gədəbəy Rayon İcra Hakimiyyətinin binasındakı yanğın söndürülüb - YENİLƏNİB-1

Gədəbəy Rayon İcra Hakimiyyətinin binasındakı yanğın söndürülüb - YENİLƏNİB-1
# 27 noyabr 2023 00:46 (UTC +04:00)

Gədəbəy Rayonu İcra Hakimiyyətinin binasındakı yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın zamanı xəsarət alan olmayıb.

***

Saat 00:41

Gədəbəy Rayonu İcra Hakimiyyətinin binasındakı yanğın birinci mərtəbədə qeydə alınıb.

APA xəbər verir ki, binanın kompüter otağında masalar və tavan yanır.

Hazırda əraziyə FHN-in Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Binada baş verən yanğının söndürülməsi işləri davam edir.

***

Saat 00:19

Gədəbəydə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gədəbəy Rayon İcra Hakimiyyətinin binasında qeydə alınıb.

Belə ki, binada anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR