Bank Of Baku

Gəncə və Tovuzda itkin düşən məktəbli qızlar tapılıb - YENİLƏNİB

Gəncə və Tovuzda itkin düşən məktəbli qızlar tapılıb - YENİLƏNİB
# 27 oktyabr 2023 14:11 (UTC +04:00)

Gəncə və Tovuzda itkin düşən məktəbli qızlar tapılıb.

Bu barədə APA-nın qərb bürosuna DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində hər iki şəxsin yeri müəyyən olunaraq ailələrinə təhvil verilib.

***

09.21

Gəncə və Tovuzda 14 yaşlı qızlar itkin düşüb.

APA xəbər verir ki, Gəncə şəhəri Xətai prospektində yaşayan, 2009-cu il təvəllüdlü Türkan Qurbanova ötən gün yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Tovuzun Aşağı Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Gülay Bayramova da ötən gün yaşadığı evdən naməlum istiqamətə gedərək itkin düşüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Fuad Nazimoğlu

Səlcuq Elçin

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR