Gəncədə evdən meyit tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, məlum hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb.
Sözügedən ünvanda yaşayan 1993-cü il təvəllüdlü İsmayılov Elzar telefon zənglərinə və qapının döyülməsinə cavab verməyib. Bu səbəbdən də FHN-in 112 xidmətinə məlumat verilib.
Hadisə yerinə gələn FHN xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə evin qapısını açıblar. Mənzilə baxış keçirildikdə Elzar İsmayılovun meyiti evin vanna otağından aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. İlkin məlumata görə, 30 yaşlı Elzar İsmayılov ürək tutmasından ölüb.
Qeyd edək ki, Elzar İsmayılov Gəncə şəhər 12 nömrəli tam orta məktəbin sinifdənxaric, məktəbdənkənar işlər üzrə təşkilatçısı olub.
Faktla bağlı araşdırma aparılır.