Gəncədə evdə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Gəncədə evdə baş verən yanğın söndürülüb - YENİLƏNİB
# 29 noyabr 2023 20:36 (UTC +04:00)

Gəncədə evdə baş verən yanğın söndürlüb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini 1962-ci il təvəllüdlü Valiya Rzayevaya məxsus ümumi sahəsi 54 kvadratmetr olan 2 otaq bir mətbəxdən ibarət olan evdə yanğın olub.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və 50-ə yaxın canlı qüvvəsi cəlb olunub.

Evin 10 kvadratmetri yanıb.

Yanğın yağınsöndürənlər tərəfindən söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa qonşuluqda yerləşən 120 kvadratmetr olan evə yanğının keçməsinin qarşısı alınıb.

Qeyd edək ki yanğın şəhərin Mirzə Abbas Abbazadə küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində qeydə alınıb.

***

Saat 19:57

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, sözü gedən ünvanda yerləşən evdə anidən yanğın olub. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR