Gəncədə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, 1995-ci il təvəllüdlü şəhər sakini Sərxan Əsgərov yaşadığı evin həyətində odun doğrayan zaman ehtiyatsızlıqdan 3 və 4-cü barmağını kəsib.
27 yaşlı oğlan dərhal xəstəxanaya aparılıb. Onun 5-ci barmağının 3-cü falanqasının travmatik amputasiyası olunub.
Faktla bağlı araşdırma aparılır.