Gəncədə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
İmişli rayon sakini 1976-cı il təvəllüdlü Niyaz Vəliyev sözü gedən ünvanda quyuya düşüb.
47 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.