Gəncə şəhərində baş verən yanğın hadisəsi ilə əlaqədar oktyabrın 23-də, saat 14:00 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.
TƏBİB-dən APA-ya verilən məlumata görə, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib. 6 nəfərə yerində yardım göstərilib, 9 nəfər isə tibb müəssisəsinin nəzdində olan xəstəxanalara təxliyə olunub.
Xəsarət alan 6 nəfər akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına Xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya yerləşdirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrində 5 nəfərin müalicəsi davam etdirilir. Onların vəziyyətləri stabildir.
***
15.21
Gəncədə sərnişin avtobusunun aşması nəticəsində 15 nəfər xəsarət alıb.
APA-nın yerli bürosunun xəbərinə görə, xəsarət alanlar xəstəxanaya çatırılıblar.
Xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərin 1972-ci il təvəllüdlü Səbinə Həsənova, 2006-cı il təvəllüdlü Gülçin Alıyeva, 1988-ci il təvəllüdlü Gülay Verdiyeva, 1985-ci il təvəllüdlü Emil Hüseynov, 1988-ci il təvəllüdlü Elnarə Ələkbərova, 2007-ci il təvəllüdlü Gülay Hüseynova olduğu açıqlanıb.
Onların xəsarətlərinin yüngül olduğu bildirilir.
***
14.31
Gəncədə yol qəzası baş verib.
APA-nın yerli bürosunun məıumatına görə, hadisə şəhərin Xan bağı ərazisində qeydə alınıb. 1 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarındakı xəndəyə düşərək aşıb. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.
Avtobusun aşdığı ərazidə bir müddət öncə yaşayış binası inşa olunduğu, işlərin yarımçıq saxlanıldığı bildirilir.