Bank Of Baku

Goranboyda 4 il əvvəl olan oğurluğa görə 3 nəfər tutulub

Goranboyda 4 il əvvəl olan oğurluğa görə 3 nəfər tutulub
# 13 dekabr 2023 10:49 (UTC +04:00)

Goranboyda oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabr ayında quldurluq etdiyinə görə saxlanılan Ümid Məmmədovun ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayət əməli də aşkarlanıb. Araşdırmalar zamanı məlum oub ki, Ü. Məmmədov 2019-cu ilin oktyabr ayında digər həmyerliləri İftixar Qurbanov və Vüsal İsgəndərli ilə cinayət əlaqəsinə girərək rayonun Qızılhacılı qəsəbə sakininin evinə qeyri-qanuni yolla daxil olaraq oradan içərisində 6450 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi və təhlükəsizilik kamerasının yaddaş qurğusunu oğurlayıb.

Dindirilmə zamanı şübhəli şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR