Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.
Hərəkətdə olan minik maşını yoldan çıxaraq maneəyə çırpılıb.
Qəza zamanı 31 yaşlı S.Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.