Bank Of Baku

Göygöldə soyğunçuluq edən şəxsi polis cinayət başında yaxalayıb

Göygöldə soyğunçuluq edən şəxsi polis cinayət başında yaxalayıb
# 07 dekabr 2023 08:48 (UTC +04:00)

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman bir nəfər şəxsin rayon sakini olan qadının pul qabını soyğunçuluq yolu ilə taladığını görüblər.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, həmin şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Araşdırmalar zamanı şəxsin əvvəllər məhkum olunmuş, Bəhruz Verdiyev olması məlum olub və şübhəli şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR