Gürcüstan Respublikası vətandaşının idarə etdiyi avtomobil daşıyan qoşqulu TIR aşıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunda, Şəki rayonun İnçə kəndi ərazisində baş verib. Gürcüstan Respublikası vətandaşının idarə etdiyi, minik avtomobilləri daşıyan TIR Qax istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə aşıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub, aşan maşın qaldırıcı kran vasitəsilə dərədən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.