Bank Of Baku

Gürcüstanda azərbaycanlı kişi torpaq kütləsinin altında qalaraq ölüb - FOTO

Gürcüstanda azərbaycanlı kişi torpaq kütləsinin altında qalaraq ölüb - FOTO
# 17 oktyabr 2023 14:04 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində 57 yaşlı etnik azərbaycanlı Elbəy Mehdiyev torpaq kütləsinin altında qalaraq həlak olub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində kanalizasiya xəttinin çəkilişi zamanı baş verib. Məlumata görə, E. Məmmədov 3 metr dərinlikdə işləyərkən üzərinə torpaq kütləsi aşıb və o, hadisə yerində dünyasını dəyişib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Ölənin meyiti tibbi ekspertizaya aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR