Bank Of Baku

Gürcüstandan gətirilən xeyli pirotexniki vasitə və ratsiya aşkarlanıb - FOTO

Gürcüstandan gətirilən xeyli pirotexniki vasitə və ratsiya aşkarlanıb - FOTO
# 13 dekabr 2023 11:21 (UTC +04:00)

Daxil olmuş əməliyyat məlumatı əsasında, Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan Respublikasından ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Xəbərə görə, baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerində ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 32.472 ədəd müxtəlif adda pirotexniki vasitə və 70 ədəd ratsiya aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR