Bank Of Baku

Hacıqabulda iki maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Hacıqabulda iki maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO  - YENİLƏNİB
# 21 dekabr 2023 18:06 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonunda (Bakı-Qazax avtomobil yolunun 113-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili və “ГАЗель” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

16.47

Hacıqabulda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb. “Toyota Prado” markalı avtomibillə “QAZel” markalı yük maşını toqquşub. Nəticədə 1 nəfər hadisə yerində ölüb. Xəsarət alan 2 nəfər Şirvan xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə cəlb edilən FHN əməkdaşları avtomobildə sıxılmış halda qalan meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR