Kəlbəcərdə maşın dərəyə aşıb, ölən var

Kəlbəcərdə maşın dərəyə aşıb, ölən var
# 28 noyabr 2023 18:23 (UTC +04:00)

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının hadisə yerində ilkin araşdırması zamanı məlum olub ki, 1969-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Adil Həsənov “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın dərəyə aşıb. Nəticədə xəsarət alan Adil Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR