22.10.2023-cü il tarixdə yıxılaraq huşunu itirib və Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tebeliyindəki Kliniki Tibbi Mərkəzə gətirilən Əliyev Balayar Sadiq oğluna ilkin tibbi yardım göstərilərək nevroloji reanimasiya şöbəsinə köçürülüb.
Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd APA-nın sorğusuna cavab olaraq bildirib ki, Balayar Əliyevin vəziyyəti ağır olaraq qalmaqda davam edir.
***
22.10.23 / 21:13
Şair Balayar Sadiq yıxılaraq huşunu itirib.
APA xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.
Qeyd olunub ki, vətəndaş Əliyev Balayar Sadiqoğlu huşsuz vəziyyətdə 22.10.2023-cü il tarixində Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tabeliyində Kliniki Tibbi Mərkəzə gətirilib.
"O, Kliniki Tibbi Mərkəzə gətirildikdən sonra komputer tomoqrafiyası edilib. Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub. Nitqində problem yaranıb. Hazırda o reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir", - deyə Mərkəzdən bildirilib.