Bank Of Baku

Kürdəmirdə maşın aşıb, bir nəfər ölüb, ana və oğlu xəsarət alıb - FOTO

Kürdəmirdə maşın aşıb, bir nəfər ölüb, ana və oğlu xəsarət alıb - FOTO
# 25 oktyabr 2023 10:48 (UTC +04:00)

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Kürdəmir- Zərdab yolunun Kürdəmir rayonunun Qaramahmudlu kəndindən keçən hissəsində qeydə alınıb. "KİA" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb. Bakı şəhər sakininləri - 1973-cü il təvəllüdlü Səbinə Vaqif qızı İbrahimova və onun 2010-cu il təvəllüdlü oğlu Ayxan İbrahimli isə müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR