Kürdəmir rayonunun Qurdbayram kəndində “Mercedes” markalı mikroavtobusun yanar hissələri və salonuna yığılan əşyalar qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, əşyaların qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.