Bank Of Baku

Lənkəranda fəhlə Peşə liseyi üçün tikilən binada yıxılaraq xəsarət alıb - FOTO

Lənkəranda fəhlə Peşə liseyi üçün tikilən binada yıxılaraq xəsarət alıb - FOTO
# 04 dekabr 2023 14:33 (UTC +04:00)

Lənkəranda tikintidə işləyən fəhlə hündürlükdən yıxılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran Peşə liseyi üçün tikilən yeni binada qeydə alınıb.

Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbə sakini, 1985-ci il təvəllüdlü Rəşid İdris oğlu Şahbudaqov tikintidə hündürlükdən yıxılaraq, ağır bədən xəsarətləri alıb. R.Şahbudaqov təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona biləklərin sınığı, üzdə hematoma, sıyrılmış yara, döş və qarın boşluğunun küt travması diaqnozu qoyulub.

Fakt üzrə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR