Bank Of Baku

Lənkəranda tapılan yanmış meyitin kimliyi müəyyən olunub - YENİLƏNİB

Lənkəranda tapılan yanmış meyitin kimliyi müəyyən olunub - YENİLƏNİB
# 26 oktyabr 2023 19:37 (UTC +04:00)

Lənkəranda tapılan yanmış meyitin kimliyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində meyiti aşkar olunmuş şəxsin Lənkəran şəhər sakini, 1970-ci il təvəllüdlü Cahangirov Əli Eldar oğlu olduğu müəyyən edilib.

Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirlir.

***

17:05

Lənkəranda meyit tapılıb.

APA - nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayonunun Kiçik Bazar deyilən ərazisində yandırılmış vəziyyətdə olan meyit aşkarlanıb. Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Meyitin kimliyi və hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR